Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

Xaos üçün antidot” — Vikipediya


“Həyatın 12 qaydası: Xaos üçün antidot” – 2018-ci ildə kanadalı klinik psixoloqpsixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda[1], yanvarın 23-də isə Kanadada[2] nəşr olunmuş, 3 milyondan çox[3] nüsxəsi satılmışdır.

  • Çiyinlərinizi dik tutub düz dayanın.
  • Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın.
  • Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun.
  • Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bu günki halı ilə yox.
  • Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin.
  • Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın.
  • Əlverişli olanı yox, mənalı olanı edin.
  • Düzünü deyin. Ya da ən azından yalan danışmayın.
  • Elə hesab edin ki, qulaq asdığınız insan sizin bilmədiyiniz bir şeyi bilir.
  • Nitqinizdə dəqiq olun.
  • Uşağlar skeyt sürərkən onları narahat etməyin.
  • Küçədə pişik görəndə onu tumarlayın.[4][5]

Qayda 1[redaktə | əsas redaktə]

Çiyinlərinizi dik tutub düz dayanın.

Yoldaşım masaj terapevtidir. Ona görə də, fizioloji olaraq bu haqda məlumatlıdır. Yolda insanları müşahidə edərkən onların çox pis qaməti olduğunu görürük. Bu, onlar üçün çox pisdir. Mədəniyyətimizdə buna elə də diqqət yetirilmir. Uşaqlarınıza düz durmalı olduqlarını xatırlatmalısız. Yəni bunu etmək bir növ şüurlu cəhd tələb edir. Bu fəsildə xərçənglər haqda çox danışıram. Onlar öz iyerarxiyalarında üstünlük əldə etmək üçün daima bir-biri ilə vuruşurlar. Xərçəng mübarizəni uduzanda büzüşüb bir yerə yığılır, sanki balacalaşır. Qalib gələndə isə özünü gərir və böyük görünür. Beləcə, qələbəsini digər xərçənglərə göstərir. Əgər xərçəng bir döyüşdə qalib gəlirsə, çox güman ki, digərində də gələcək. Əgər uduzursa, böyük ehtimal ki, digərində də məğlub olacaq. Əgər uduzarsa serotoninin səviyyəsi azalır, qalib gələrsə, artır. Serotoninin səviyyəsi artanda isə o gərilərək bədənini genişləndirir və özündən əmin xərçəngə çevrilir. Serotoninin azalanda xərçəngə eyni miqdarda antidepressant versəz, o yenə də gərilib döyüşə gedəcək. Antidepressentlar xərçənglər üzərində işə yarayır. Düşünürsüz ki "Kimin vecinədir axı", amma elə deyil. Anlamırsız. Təkamül perspektivindən yanaşsaq, görürük ki, 350 milyon il əvvəl biz onlardan ayrılmışıq. Dövri hərəkət hələ də eynidir. İnanılmazdır. Bu göstərir ki, daxilinizdəki şey necə dərin, necə təməldir. Bu dövretmə sizin içinizdədir. Əgər serotonin səviyyəniz aşağı düşərsə, düşkün vəziyyətdə olursuz. Önə doğru əyilirsiz. Ətrafınızdakı hər şey tutqunlaşır və ağırlaşır. Əgər özünüzü toplayıb həyatınızı qaydaya salmaq istəyirsizsə, özünüzü arxaya doğru gərib düz dayanmaq həqiqətən də vacibdir.[6]

Qayda 2[redaktə | əsas redaktə]

Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın.

Bu, insanların özlərinə qarşı niyə yaxşı davranmadıqları haqda araşdırmadır. İnsanlar özlərinin fərqindədir. Biz öz sərhədlərimizi, zəif nöqtələrimizi bilirik. Ümumi götürsək, insanların heç nəyə dəymədiyini düşünə bilərik. Çünki nöqsanlıyıq, dayanıqısızıq. Amma özümüzü tanıdığımız istənilən insandan daha yaxşı tanıyırıq. Əgər narsist deyilsizsə (bəzi insanlar elədir), bilirsiz ki, özünüzü gərəcək və dəyərləndirəcək enerjiniz yoxdur. Bu da təbii olaraq bir növ özününifrətə gətirib çıxarır. İnsanlar ev heyvanlarına dərman verməyə daha çox meyllidir, nəinki özləri atmağa. Amerikada da belədir. İnsanlar resepti alır, amma dərmanları atmırlar. Bu ideya bir növ Karl Yunqdan öyrəndiyim "Özünə necə davranılmasını istəyirsənsə, başqalarına elə davran" fikrinin dəyişdirilmiş formasıdır. Sevdiyiniz, yaxşı davrandığınız birini düşünün və özünüzə qarşı da elə davranmağa çalışın. Bir az aralanın özünüzdən və fikirləşin: "Mən də digər insanlardan biriyəm və ən azından insanlar içində olan bir fərdin layiq olduğu hörmətə layiqəm. Özümə kömək etməyə çalışmalıyam. Özümə nifrət etmək və özümü məhv etmək əvəzinə, dəyərli bir insanmış kimi öz qayğıma qalmalıyam.[7]" 

Qayda 3[redaktə | əsas redaktə]

Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun.

Əgər dostlarınız varsa və onlara pis xəbər verirsizsə, onlar da kədərlənir. Bunu onlara deyə bilərsiz. Sizi dinləyəcək, ağrınızı azaldacaqlar. Özlərini müdafiə mexanizminə keçib sizə öz başlarına gəlmiş ən pis şeydən danışmayacaqlar. Və ya kimsə sizi ələ salıb deyə içdən-içə sevinməyəcəklər. Sizi dinləyəcəklər. Əgər dostlarınız varsa, başınıza yaxşı bir şey gələndə xoşbəxt olacaqlar. Təsəvvür edin ki, siqareti tərgitmək istəyirsiz və dostlarınız sizə siqaret təklif edir. Əgər bu zarafat xarakterlidirsə, problem yoxdur. Amma çox vaxt bu zarafatlar heç də sadəcə zarafat olmur. "Mən də siqaret çəkirəm, sən də. Sonra sən siqareti atırsan. Düşünürsən ki, məndən yaxşısan." Həmin dostlar sizi siqaret çəkmək üçün ona görə yola gətirir ki, özləri bunu edə bilmədikləri üçün pərt olmasınlar. Ya da tutaq ki, içki düşkünüsüz. Dostunuz isə belə deyir: "Kimin vecinədir ki, üçüncü evliliyin də alt-üst olub? İç getsin." İnsanlar tam anlamır ki, daha yaxşı olmaları üçün onlara kömək etməyə çalışan insanları özlərinə dost seçmək və onları məhvə aparan insanlardan uzaq durmaq mənəvi cəhətdən normal bir şeydir. Ağlıma həmişə bir səhnə gəlir. Təsəvvür edin ki, canqurtaran dalğıcsız və boğulan kimisə xilas etməyə çalışırsız. Onlara doğru bir ayağınız suyun üzündə üzürsüz. Səbəb odur ki, bəlkə də panikaya qapılırsız. Bir insanın boğulmasındansa iki insanın boğulması vəziyyəti yaxşılaşdırmır. Əxlaqi cəhətdən götürsək, başqa bir adamın gəmisində batmağa məcbur deyilsiz. Yəqin düşünürsüz ki, köməyə ehtiyacı olan bir dostu atıb getmək qəddarlıq, kobudluqdur. Amma mənim dediyim bu deyil. Demək istədiyim şey odur ki, sosial əhatənizə baxmalı və qərar verməlisiz. Sizi incidən, bundan əl çəkməyən və sizi uçuruma aparan insanlarla dost olmağa məcbur deyilsiz. Bundansa, sizə dəyər verən insanlarla birlikdə olun.[8]"

Qayda 4[redaktə | əsas redaktə]

Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bu günki halı ilə yox.

Özünüzü başqası ilə müqayisə etmək hər şeydən öncə ədalətsizlikdir. Xüsusilə də təxminən 30 yaşa kimi. 17 yaşınız olanda onsuz da digər 17 yaşlılar kimi olursuz. Bu sosial müqayisə təqribən 30 yaşında olanlara daha uyğundur. Bu vaxt artıq həyatınız özünəməxsus hal almış olur. Deyək ki, həyatınız 8 bölgüdən ibarətdir: ailə, dostlar, sevgi münasibətləri, sağlamlıq və s. Həyatınız və onun bölgüləri artıq öz yerini tutub. Həyatınız heç kimin həyatı kimi deyil. Görürsüz ki, başqasının həyatı sizinkindən daha yaxşıdır. Siz sadəcə bir zaman kəsiyində onun həyatının sadəcə bir aspektini görürsüz. Bu, məntiqli deyil. Siz onun həyatının tam təsvirini görmürsüz. Sonra da özünüzü tənqid edir və əsəbi olursuz. Bunun heç bir yaxşı tərəfi yoxdur. Olmalı olduğunuz adam deyilsizsə, inkişaf etməlisiz. Öz yaxşı və pis tərəflərinizi tapıb, sabah bu gün olduğunuzdan daha yaxşı olmağa çalışmalısız. Xırda bir şeydə olsa belə. Budur düzgün müqayisə. Çünki özünüzə daha çox oxşayırsız, nəinki başqasına. Sonra görürsüz ki, əla olmasaz da, az da olsa, dünən olduğunuzdan daha yaxşısız. Bunu 5 il ərzində edirsiz və başqasının yox, özünüzün olmalı olduğunuz yerdə olduğunuzun fərqinə varırsız. Çünki siz özünüz bir fərdsiz. Başqa bir insanın həyatındakı faciəni bilmirsiz. Düşünürsüz ki, kimsə varlı və müvəffəqiyyətli biridir. Amma onun həyat yoldaşı və övladları ilə necə münasibəti olduğu, bəlkə iki dəfə boşandığı və ya övladının şizofreniyadan əziyyət çəkdiyi haqda anlayışınız yoxdur. Əksər insanların həyatı faciə və qərəzlə doludur. Məsələ olduğunuzdan daha yaxşı olmalı olduğunuzdadır. Ona görə yox ki, başqa insanlardan pissiz, ona görə ki, olmalı olduğunuz adam deyilsiz.[9]

Qayda 5[redaktə | əsas redaktə]

Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin.

Əgər yaxşı biri deyilsizsə, uşaqlarınız özlərini yaxşı apardığı zaman bunun intiqamını onlardan alacaqsız. Öz uşaqlarınızı sevdiyinizi deyirsiz, amma ola bilsin ki, onlar başqalarının xoşuna gəlmirlər. Bəlkə özlərini yaxşı aparmırlar. Düşünürsüz ki, uşaqlarınızı sevirsiz. Lakin belə deyil. Sizin xoşunuza gəlməyən nəsə etsələr, onlardan intiqam alacaqsız. Tutaq ki, mağazadasız və 4 yaşında, çoxbilmiş bir uşağınız var. Gözü daim sizdədir. Balaca Uşağlar hamısı belədir, çünki fikirlərini hələ sözlərlə ifadə edə bilmirlər. Müəyyən mənada onların davranışını sürü halında yaşayan heyvanlarla müqayisə etmək olar. Məsələn, itlər. Niyə onları xoşlayırlar? Niyə onlarla yola gedirlər? Çünki bir-birilərini anlayırlar. Beləcə, sınayırlar sizi. Uşağınız sinir krizi keçirib əsəbləşir və nə edəcəyinizi bilmirsiz. Onu götürüb çölə çıxır, sonra da imkan verirsiz ki, dayanıb krizi sona kimi yaşasın. Tezliklə bundan bezəcəyini bilirsiz və belə olduğunu görəndə deyirsiz ki, özünü yaxşı aparana kimi buradayıq. Uşaq bunun nə demək olduğunu yaxşı bilir: yəni ya özünü yaxşı aparacaqsan, ya da burada dayanmağa davam edəcəyik.[10] Əgər uşaqlarınızın etdiyi hərəkət sizin onları sevməmənizə səbəb olursa, başqa insanların bu davranışa görə onlardan xoşu gəlməmə ehtimalı çox yüksəkdir. Deyə bilərsiz ki, nə olsun? Hamının xoşuna gələcək uşaq böyütmək mənim vəzifəm deyil (bəlkə də deməzsiz). Bu, səhv yanaşmadır. Bu, məhz sizin vəzifənizdir.[11]

Qayda 6[redaktə | əsas redaktə]

Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın.

Totalitarizm və təsəvvür edilə bilməyəcək qədər amansız şeylər, cinayətkarlar və seriyalı qatillər haqda çox oxumuşam. Bu fəsil amerikalı seriyalı qatil Karl Panzram[12]ABŞ-da məktəb terroru törədən Dilan Kleboldla Erik Harris[13]haqdadır. Karl Panzramın cəlladına son sözləri belə olub: "Tez elə. Sənin məni asmağa sərf elədiyin vaxta mən 10 adam öldürərdim." Arzusu o olub ki, kaş insan nəslinin bir boğazı olardı; beləcə, əlini boğazına dolayıb onu boğardı. Onlar mövcudluğu mühakimə edib onun nöqsanlı olduğu, bunu düzəltməli olan şəxslərin isə məhz onlar olduğu qərarına gəlmişdilər. Bu bölmə eyni zamanda narazılıq haqqındadır. Dünyanı dəyişməyə çalışan insan narazıdırsa, ona güvənmək olmaz. Tomas Eliotun "Kokteyl qonaqlığı" adlı pyesində əla bir hissə oxumuşdum. Bir qadın psixiatrın yanına gəlib çətin perioddan keçdiyini, hədsiz əzab çəkdiyini və həyatının yolunda getmədiyini deyir. Sonra isə əlavə edir: ümid edirəm problem məndədir. Psixiatr onun nə demək istədiyini soruşur. Qadın cavabında bildirir ki, iki ehtimal var: ya dünyada problem var, ya da məndə. Əgər problem dünyadadırsa, edə biləcəyim heç nə yoxdur. Mən də onun içində olduğuma görə bu haldayam. Ya da xoşbəxtlikdən problem məndədir ki, bu da yersiz iztiraba səbəb olur. Belədirsə, deməli, bunu düzəldə bilərəm. Bu haqda uzun müddət düşündüm. Əgər həyatınızda nələrsə yolunda getmirsə, günahlandırmağa kimisə tapa bilərsiz. Bu ki asan və rahatdır. Və ya düşünə bilərsiz: "Məsələ odur ki, həyatımı sevmirəm, bəlkə də ümumiyyətlə həyatı sevmirəm. Çünki həyat dəhşətlidir, Həvvanın ləkəsini daşıyır. Bəs necə bilim ki, bütün bu mühakimələrim doğrudurmu?" Əsas suallar bunlardır: "Həyatımı yoluna qoymaq üçün hər şeyi etmişəmmi? Əgər həyatımı yoluna qoymaq üçün edə biləcəyim hər şeyi etməmişəmsə, həyatı, onun keyfiyyətini və ya mövcudluğun özünü mühakimə etməliyəmmi?" Əgər həyatda olmağınız sizə həddən artıq əzab verirsə, etməməli olduğunuzu bildiyiniz şeyləri etməməyə, səhv olduğunu bildiyiniz şeyləri deməməyə çalışın və baxın görün nələr olur. Ən azından cəhd edə bilərsiz.[14][15]

Qayda 7[redaktə | əsas redaktə]

Əlverişli olanı yox, mənalı olanı edin.

Məna sizi həyatın faciəsindən qoruyan divardır. Dayanıqsız, yaralanmış, fani bir varlıq olduğunuz gerçəyinə baxmayaraq, özünüz üçün dəyərli nəsə tapa bilmisiz. Bu, bəlkə də ən dərin instiktdir. Məna sizə düzgün yerdə olduğunuzu deyir. Düzgün yer isə xaosla nizamın ortasıdır. Bu eynilə beyninizin yarımkürələri kimidir. Kobud formada desək, sağ beyin yarımkürəniz anlamadığınız (xaos), sol beyin yarımkürəniz isə anladığınız şeylərlə məşğuldur. Anladığınız şeylərə ilişib qalmağın bir mənası yoxdur, çünki onları onsuz da anlayırsız. Anlamadığınız şeylərin içində isə azıb qalırsız. Ona görə də, bu ikisinin arasında bir yerdə olmalısız. Əlverişli olan şeyi edən zaman indiniz üçün gələcəyinizi qurban verirsiz. Məna isə bunu etmir. Yaşamaq iztirab çəkməkdir. Bu, doğrudur. Məna bu gerçəkliyin antidotudur.[16] Risk etməkdən və mənalı bir şeyin arxasınca getməkdən qorxmalısız. Amma əgər olduğunuz yerdə qalmaq sizi pərişan hala salırsa, bundan daha çox qorxmalısız. Acınacaqlı vəziyyətdə qalmağın əvəzini əzab çəkərək ödəyirsiz. Deyə biləriz ki "Tanıdığım şeytan tanımadığım şeytandan daha yaxşıdır", amma bundan elə də əmin olmayın. Vaxt keçir. Əgər işinizə görə acınacaqlı haldasızsa və heç nəyi dəyişmirsizsə, 5 il sonra daha pis vəziyyətdə və daha yaşlı olacaqsız. Sizi xoşbəxt edəcək şey haqda danışmıram. Sizi xoşbəxt edən şeyin arxasınca getmək lüksdür. Mənalı olduğunu düşündüyünüz şeyin arxasınca getmək isə mənəvi borcunuzdur. Bu, asan deyil, qurban tələb edə bilər. Əgər işinizi dəyişmək istəyirsizsə və eyni zamanda, ailəniz, uşaqlarınız, məsuliyyətiniz varsa "İşimi sevmirəm. İstefa edirəm" deyə bilməzsiz. Bu, düzgün strategiya deyil. Bunun əvəzinə düşünə bilərsiz ki, bu iş mənim ruhumu məhv edirsə, nə etməliyəm? Yeni iş axtarmalısız. Əgər heç kim sizi işə götürmək istəmirsə, özünüzü inkişaf etdirməli və ya CV-nizi yeniləməlisiz. Bəlkə də, müsahibə qorxunuzun öhtəsindən gəlməyə və ya sosial bacarıqlarınızı yaxşılaşdırmağa ehtiyacınız var. Əgər işinizi dəyişirsizsə, bütün bunları düşünməli, hər şeyi ağıllı, məsuliyyətli, yetkin bir insan kimi etməlisiz. Bu, bir neçə ilinizi ala bilər. Bunları etmək lüks deyil, əksinə, çətindir. Mənəvi məsuliyyətdir, xoşbəxtlik deyil.[17]

Qayda 8[redaktə | əsas redaktə]

Düzünü deyin. Ya da ən azından yalan danışmayın.

Həqiqəti demək çətindir, çünki bunun üçün həqiqəti bilmək lazımdır. Nə vaxt yalan danışdığınızı isə bilirsiz. Cəmiyyət içində özünü narahat hiss edən insanlar təmtəraqlı nəsə deyirlər və bu gözlənilən nəticəni vermir. Özləri də, digərləri də pərt olur. Əgər fikir versələr, görərlər ki, bu, onların bütövlüyünü pozur, onları zəif biri edir. Ona görə də, bunu etməzlər. Yalanlar sizi zəif birinə çevirir və bunu hiss edə bilirsiz. Bu, mənanın tam əksidir. Çünki məna həqiqətlə bağlıdır. Əgər yalan danışırsızsa, deməli, artıq qarşı tərəfdəsiz.[18]

Qayda 9[redaktə | əsas redaktə]

Elə hesab edin ki, qulaq asdığınız insan sizin bilmədiyiniz bir şeyi bilir.

Danışmaq istəyirsiz və danışıb qurtardıqda danışmağa başlamazdan əvvəlki halınızdan daha çox şey bilmiş olursuz. Buna ən yaxşı nümunə sevgi münasibətinizin olduğu şəxslə aranızda baş verən mübahisədir. Qalib gəlmək istəyəcəksiz, xüsusilə də əsəbisizsə. Öncə düşünməlisiz ki, bu mübahisədə qalib gəlmək nə mənaya gəlir? Tutaq ki, danışıqda partnyorunuzdan daha qabiliyyətli və hiyləgərsiz. Eləsə, qalib gələ bilərsiz. Əvvəlcə deyim ki, bu, sizin haqlı olduğunuz demək deyil. Haqsız olarkan qalib gəlmək heç də yaxşı fikir deyil. Ola bilsin ki, qarşı tərəf sizin görə bilmədiyiniz şeyi görə bilir, sadəcə sizin kimi onu sözlərlə ifadə edə bilmir. Bu halda həmin şəxsə qulaq asmaq istəyə bilərsiz. Çünki bəlkə də həmin şəxs başıaşağı şəkildə divara çırpılmağınızın qarşısını almaq üçün sizə nəsə deməyə çalışır. Bunun baş vermə ehtimalı var. Bəlkə də, onların nə dediklərini, bütün bunları niyə dediklərini və vəziyyəti dəyişməyiniz üçün nə etməli olduğunuzu anlamadığınızı deyərək onlara kömək etməlisiz. Eşitdiyinizə əmin olmasaz, qarşı tərəfin dedikləri fikrinizi onsuz da dəyişməyəcək. Amma qulaq asın. Çünki çırpılmamalı olduğunuz divara çırpılmaq istəməzsiz. Məhz buna görə, düşmənlərinizə də qulaq asmalısız. Bəlkə də, onlar sizə özünüz haqda müəyyən yalanlar deyib sizi çaşdıracaq, amma bəzən dostlarınızın sizə deməyəcəyi şeyləri də deyəcəklər.[19]

Qayda 10[redaktə | əsas redaktə]

Nitqinizdə dəqiq olun.

Tanrı dünyanı danışaraq yaradıb. Ünsiyyət və mövcudluq arasındakı qarşılıqlı qırılmaz əlaqə haqqında düşünün. Dil xaosu götürüb nəsəyə çevirir. Tanrının Adəmin etməsini istədiyi şeylərdən biri heyvanlara ad verməsi idi. Çünki adları olana qədər onlar doğrudan da real deyildilər. Adı qoyula bilməyən şeylər ad qoyula bilən şeylərdən daha qorxuducudur. Gerçəklik nə qədər pis olsa da, təxəyyülünüz qədər dəhşətli deyil. Heç bir istisna olmadan, nə qədər pis də olsa, hər şeyə ad vermək daha yaxşıdır. Nəyisə adlandıra bilməmək sizdə həmin şeylə üzləşmək qorxunuzun olduğu düşüncəsini yaradır ki, bu da sizi uğursuzluğa düçar edir.[20]

Qayda 11[redaktə | əsas redaktə]

Uşağlar skeyt sürərkən onları narahat etməyin.

Əvvəllər işlədiyim Müqəddəs Corc küçəsində yeniyetmələrin skeyt sürməsini izləyirdim. Qorunmaq üçün çox da alətləri yox idi. Skeyt sürənlərin bu cür dəlisov şeylər etməsini izləmək xoşuma gəlir. Çünki onlar təcrübə qazanmağa çalışırlar. Təhlükəylə üzləşərkən qoruyucu nəyəsə ehtiyac duymurlar. Uşaqların skeyt ilə pilləkənin məhəccərindən sürüşməsi cəsarətdir. Bəlkə də, bunun axmaqlıq olduğunu düşünürsüz. Əslində, bu iki şeyi bir-birindən fərqləndirmək elə də asan deyil. Havaya tullanıb skeyti tutmaq, məhəccərin üstündə müvazinətini saxlamaq zarafat deyil. Bunu etməklə onlar cəsur olmağa, təhlükə ilə üz-üzə duraraq nəyisə dərindən öyrənməyə çalışırlar. Məktəblərdə uşaqların belə "üsyankar" hərəkətlərinə pis baxılır. Əksinə, bu körpələri rahat buraxmaq lazımdır.[21]

Qayda 12[redaktə | əsas redaktə]

Küçədə pişik görəndə onu tumarlayın.

Bu hissə müəyyən qədər avtobioqrafikdir, çünki burada qızım haqqında danışmışam. Başınıza faciəvi şeylər gəlirsə və onların qarşısında demək olar ki çarəsizsizsə, nə etməli olduğunuz haqda yazmışam. Küçəmizin o tayındakı Cincer adında bir pişik bizim itlərimizlə dostlaşmışdı. Beləcə, onu tumarlaya və bir dəqiqəlik də olsa, xoşbəxt ola bilərdin. İşlər yolunda getməyəndə içində ümidin olduğu müəyyən şeylərlə qarşılaşırsız. Bu zaman onlardan istifadə etməlisiz. Bu, emosional baxımdan yazılması ən çətin fəsil olsa da, çox pozitivdir. Mənalı olan, ruhunuza rahatlıq verən şeyi tapmağınız üçün bir xatırlatmadır.[22]




Mənbə Vikipediya

Leave a Reply