Uayt Star Layn şirkətinin Olimpik sinifinə aid, ikinci gəmisi olan RMS Titanic-də, İngiltərənin Sauthempton limanından yola çıxaraq Nyu-Yorka, ümumilikdə 2224 nəfər səfər edirdi. Bu saya gəminin şəxsi heyəti də daxil idi.[1] İlk səfəri, 14 Aprel 1912-ci ildə, aysberqə çırpılaraq, 1500-dən çox insanın həlak olması ilə nəticələnmişdir.[2]
RMS Titanikdə səyahət edən 1317 nəfər sərnişin var idi. Onlardan, 324 nəfəri “birinci sinif sərnişinləri”, 285 nəfəri, “ikinci sinif sərnişinləri”, 708 nəfəri isə “üçüncü sinif sərnişinləri” idi.