Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Qırmızı Bayraq” ordeni (Azərbaycan SSR) — Vikipediya


“Qırmızı Bayraq” ordeni
Order of the Red Banner of Azerbaijan SSR.png

Ölkə Azərbaycan SSR Azərbaycan SSR
Tip orden
Status verilmir
Təsis tarixi 1920
Birinci təltif 1920
İlk laureat Mixail Yefremov
Son təltif 4 aprel 1925
Son laureat Semyon Puqaçyov
Təltif sayı 53

“Qırmızı bayraq” ordeniAzərbaycan SSR-in ilk dövlət mükafatı.[1][2]

1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir[1].

“Qırmızı bayraq” ordeni

Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin “Qırmızı Bayraq” ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır[1].

Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində “АССР” (yəni – rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturası həkk olunub[1].

Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir.

Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə “Azərbaycan İctimai Şura Cümhuriyyəti” sözləri qravür edilmişdir.

Ordenin yuxarı hissəsində üzərində türk dilində ərəb qrafikası ilə “Bütün ölkələrin proletarları, birləşin!” və rus dilində “Пролетарии всех стран, соединяйтесь!” sözləri yazılmış qırmızı bayraq yerləşdirilmişdir.[3]

Ordenlə 53 nəfər mükafatlandırılmışdır.




Mənbə Vikipediya

Leave a Reply