Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Qida” korporasiyası — Vikipediya


“Qida” korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi.[4] Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir.[5][6]

Film tənqidi zamanı müsbət reaksiyalar almış və yüzminlərlə mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya MükafatıMüstəqil Ruh Mükafatına namizəd görülmüşdür.

Amerika kənd təsərrüfatı yüzminlərlə cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, “Qida” korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir. Bu problemlərin əsas səbəbi aqrobiznesmenlərin kiçik miqdarda büdcə ilə böyük miqdarda gəlir əldə etmək istəyidir.

  1. “FOOD INC. | British Board of Film Classification”. www.bbfc.co.uk. İstifadə tarixi: 7 may 2020.
  2. “Box Office Information for Food, Inc”. The Wrap. İstifadə tarixi: 7 may 2020.
  3. “Food, Inc”. Box Office Mojo. İstifadə tarixi: 7 may 2020.
  4. Severson, Kim (3 iyun 2009). “Eat, Drink, Think, Change”. The New York Times. İstifadə tarixi: 7 may 2020.
  5. Biancolli, Amy; Writer, Hearst Movie (12 iyun 2009). “Review: ‘Food, Inc.’ not for the squeamish”. SFGate. İstifadə tarixi: 7 may 2020.
  6. Chesterman, Lesley. “A Film That Will Make You Think Before You Eat”. Montreal Gazette. İstifadə tarixi: 7 may 2020.




Mənbə Vikipediya

Leave a Reply