Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

Qarabağ FK Avropa yarışlarında — Vikipediya


“Qarabağ” Futbol Klubu və ya sadəcə “Qarabağ“, Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindəm bir qismi işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın Futbol Klubu.

“Qarabağ”-ın ev oyunları, Tofiq Bəhramov Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan stadionun tutumu, 31 200 nəfərdir. “Qarabağ”-ın heyətində UEFA yarışlarında, ən çox meydana çıxan futbolçu Rəşad Sadıqov (52), ən çox qol vuran futbolçu isə Reynaldodur (11).

1996—2007-ci illər[redaktə | əsas redaktə]

“Qarabağ” UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboкlar Kuboкu turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın “MyuPa” futbolçularına qarşı baş tutan birinci görüşdə “Qarabağ”, 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, “Qarabağ” 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə “Qarabağ”, 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə “MyuPa” futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı.

1997/1998-ci illər mövsümündə “Qarabağ”, UEFA Kuboкu turnirində mübarizə apardı. İyulun 23-də Çexiyanın “Yablonets” futbolçularına qarşı baş tutan birinci görüşdə “Qarabağ”, rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bir həftə sonra, Tofiq Bəhramov Stadionunun ev sahibliyində baş tutan cavab görüşündə isə “Qarabağ”, 0:3 hesabı ilə “Yablonets” futbolçularına məğlub oldu və ümumi nəticədə 8:0 hesablı qələbə qazanan Çexiya təmsilçisi növbəti mərhələyə vəsiqə qazandı.

Növbəti, 1998/1999-cu illər mövsümündə “Qarabağ”, UEFA Kuboкlar Kuboкu turnirində çıxış etdi. Turnirin I mərhələsində Danimarkanın “Kopenhagen” futbolçuları ilə üz-üzə gələn və 0:4, 0:6 hesabları ilə rəqibinə məğlub olan Ağdam təmsilçisi, yenədə mübarizəni dayandırdı.

1999/2000-ci illər mövsümü isə “Qarabağ” üçün əhəmiyyətli oldu. Komanda, tarixində birinci dəfə olaraq mərhələ adlamağı bacardı. UEFA İntertoto Kuboкu turnirində debüt edən “Qarabağ”, I mərhələdə İsrailin “Makkabi” Hayfa futbolçuları ilə qarşılaşdı. İsraildə baş tutan birinci görüşdə, Müşfiq Hüseynovun 27 və 90-cı dəqiqədə vurduğu qollar sayəsində “Qarabağ” 2:1 hesablı qələbə qazandı. Cavab görüşündə “Qarabağ”, rəqibinə 0:1 hesabı ilə məğlub olsada, səfərdə vurulan qolların hesabına məhz “Qarabağ”, növbəti mərhələyə vəsiqə qazandı. II mərhələdə isə Ağdam təmsilçisi, Fransanın “Monpelye” futbolçuları ilə üz-üzə gəldi və 0:3, 0:6 hesabları ilə rəqibinə məğlub olaraq turnirdə mübarizəni dayandırdı.

“Qarabağ” növbəti dəfə UEFA səviyyəsində yarışa, 2004-cü ildə qatıldı. Həmin mövsümdə “Qarabağ”, UEFA Kuboкu turnirinin I təsnifat mərhələsi çərçivəsində Slovakiyanın “Dukla” futbolçuları ilə qarşılaşdı. Birinci görüşdə 0:1, cavab görüşündə isə 0:3 hesabı ilə rəqibinə məğlub olan “Qarabağ”, yarışda mübarizəni dayandırdı.

2006/2007-ci illər mövsümündə də “Qarabağ”, Avropada uğurla çıxış edə bilmədi. Komanda, UEFA Kuboкu turnirinin I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Zimbru” Kişinyov futbolçuları ilə üz-üzə gəldi. Həm birinci görüş, həmdə cavab görüşü 1:1 hesabı ilə başa çatdı. Əlavə vaxtın 100-cü dəqiqəsində isə, Moldova təmsilçi qol vurdu və nəticədə, növbəti mərhələyə “Zimbru” Kişinyov futbolçuları adladı.

2009—2017-ci illər[redaktə | əsas redaktə]

2008-ci ildə “Qarabağ”-ın baş məşqçisi postuna Qurban Qurbanovun gətirilməsi ilə, “Qarabağ” Avropa yarışlarında ciddi uğurlara imza atmağa başladı.

2009-cu il 16 iyulda “Qarabağ”, Norveçdə yerli “Rusenborq” futbolçuları ilə üz-üzə gəldi.[1] UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan görüş, 0:0 hesabı ilə başa çatdı.[1] 23 iyulda baş tutan cavab görüşünün 45+1 dəqiqəsində isə, “Qarabağ”-ın yeni transferi Rəşad Sadıqov, cərimə zərbəsindən uzun müddət yaddaşlarda qalacaq baxımlı qol vurdu.[2] Görüş, “Qarabağ”-ın 1:0 hesablı qələbəsi ilə başa çatdı.[2] III tətəsnifat mərhələsi “Qarabağ”, Finlandiyanın “Honka” futbolçuları ilə qarşılaşdı.[3]“Qarabağ”, Finlandiyada baş tutan birinci görüşdə 1:0, cavab görüşündə isə 2:1 hesablı qələbə qazandı və tarixində birinci dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.[3][4] Həmin mərhələdə isə “Qarabağ”, Niderlandın “Tvente” futbolçuları ilə qarşılaşdı.[5] Birinci görüşün 8-ci dəqiqəsində “Qarabağ”-ın heyətidə Vüqar Nadirov hesabı açsada, sonda “Tvente” futbolçuları 3:1 hesablı qələbə qazandı.[5] Cavab görüşün isə 0:0 hesabı ilə başa çatdı və ümumi nəticədə növbəti mərhələyə, “Tvente” futbolçuları adladı.[6]

Növbəti, 2009/2010-cu illər mövsümündə “Qarabağ”, yenə UEFA Avropa Liqasında çıxış etdi. I təsnifat mərhələsində “Qarabağ”, Makedoniyanın “Metallurq” futbolçuları ilə üz-üzə gəldi. Birinci görüşdə 4:1 hesabı ilə “Qarabağ” qalib gəldi, cavab görüşündə isə 1:1 hesabı qeydə alındı. Növbəti, II təsnifat mərhələsində “Qarabağ”, Şimali İrlandiyanın “Portadaun” futbolçuları ilə qarşılaşdı. Eyni adlı şəhərdə baş tutan birinci görüşdə, Əfran İsmayılovun 67 və 87-ci dəqiqələrdə vurduğu qollar sayəsində, “Qarabağ” 2:1 hesablı qələbə qazandı. 1:1 hesabı ilə başa çatan cavab görüşündə də, Əfran İsmayılov fərqləndi və ümumi nəticədə “Qarabağ”, 3:2 hesablı qələbə qazandı və III təsnifat mərhələsinə adladı. Həmin mərhələdə “Qarabağ”, Polşanın məşhur “Visla” Krakov futbolçuları ilə üz-üzə gəldi. Krakov şəhərində baş tutan görüşdə, Vüqar Nadirovun qolu sayəsində “Qarabağ”, minimal hesablı qələbə qazandı. Cavab görüşündə də, “Qarabağ” inamlı təsir bağışladı və 3:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Qrup mərhələsinə gedən yolda isə “Qarabağ”, Almaniyanın məşhur “Borussiya” Dortmund futbolçularına məğlub oldu. “Qarabağ”, Dortmund şəhərində baş tutan birinci görüşdə 0:4, cavab görüşündə isə 0:1 hesabı ilə məğlub oldu və ardıcıl ikinci dəfə, qrup mərhələsinin astanasında mübarizəni dayandırdı.

  • I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
  • I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
  • s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına

Yarışlara görə[redaktə | əsas redaktə]

  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

14 sentyabr 2020-ci il tarixinə olan məlumat:

Klubun forması Avropa Liqası Muzeyində

Ölкələrə görə[redaktə | əsas redaktə]

  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

Qrup mərhələsinin nəticələri[redaktə | əsas redaktə]

Ən çox qol vuran futbolçuları[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi;
    :0 adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi;
    :1 adlı istinad üçün mətn göstərilməyib
  3. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi;
    :2 adlı istinad üçün mətn göstərilməyib
  4. Sitat səhvi: Yanlış <ref> teqi;
    :3 adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi;
    :4 adlı istinad üçün mətn göstərilməyib
  6. Sitat səhvi: Yanlış <ref> teqi;
    :5 adlı istinad üçün mətn göstərilməyib

Xarici кeçidlər[redaktə | əsas redaktə]




Mənbə Vikipediya

Leave a Reply