Qarabağ Şeiri
Qanla tarix yazır şanlı ordumuz , Günbəgün qayıdır ata yurdumuz . Erməni rədd ol get , bəsdir durdunuz , Qarabağ bizimdir , bizim olacaq !

İllərdir deyirik rədd olun gedin , Demədik Şuşada meymunluq edin . Sonunda başına yumruğu yedin , Qarabağ bizimdir , bizim olacaq !
Pasinyan qudurub yallı gedirdi , Ağlı nə kəsirdi onu edirdi . Dur gəl Füzulidə rəqs elə indi , Qarabağ bizimdir , bizim olacaq !
Türkük biz ölmürük , şəhid oluruq , Bizlər bir öləndə , min doğuluruq . İti qovan kimi sizi qovuruq , Qarabağ bizimdir , bizim olacaq !