Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Q” korpusu (TRTİ) — Vikipediya


“Q” korpusu binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. “Q” korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir. Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1958-cı ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur.

“Q” korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır. Bu zaman həmdə tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir[1]. 3 saylı orta məktəbin köhnə binası isə “Q” və “D” korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi.

“Q” korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı. Arxitektor isə Pyotr Vasileviç Bondarenko[2] (digər məlumata görə Viktor Bondarenko[3]) olmuşdur. Tikinti işlərini «Taqanroqstroy» həyata keçirirdi.

24 oktyabr 1955-ci ildə “Q”[4] korpus binasınım bir qanadı istifadəyə verilmişdir. Burada radiotexnika fakultəsi yerləşirdi. Korpusun mərkəzi hissəsi isə 1958-ci ildə istifadəyə verilmişdir. “Q” korpus binası Dövlət komisiyası tərəfindən 22 dekabr 1958-ci ildə[5] istismara gəbul olunmuşdur.

Taqanroq Radiotexnika İnstutunda aparılan müəyyən islahatlardan sonra Cənub Federal İnstitutunun əsas korpusuna çevrilir[6][7][8]. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir[9].

Nəhəng dörd mərtəbədən ibarət bina arxitektur baxımından sovet neoklassizmi stilində inşa edilmişdir.




Mənbə Vikipediya

Leave a Reply