Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı — Vikipediya


“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı.jpg

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanıNaxçıvan Muxtar Respublikasının dövlət mükafatı.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir.[1]

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı aşağıdakılara görə verilir:[2]

  • dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə;
  • dövlət quruculuğu işlərində xidmətlərə görə.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda onlardan sonra taxılır.[2]

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.[2]

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.[2]

Nişan səkkizguşəli ulduz şəklindədir.[2] Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilmiş, çevrə boyunca “NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmışdır.[2] Yazı və təsvirlər qabarıqdır.[2]

Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır.[2] Ortasında nişanın nömrəsi həkk olunmuşdur.[2]



Mənbə Vikipediya

Leave a Reply