Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Müqəddəs Yanuari” əməliyyatı (film, 1966) — Vikipediya


Müqəddəs Yanuari əməliyyatı (it. Operazione San Gennaro) – rejissor Dino Rizinin 1966-ci ildə[1] çəkdiyi komediya filmidir. Filmin operatoru Aldo Tontidir.

Amerikan oğru bandası İtaliyanın Neapol şəhərindəki “Müqəddəs Yanuari” qızıllarını oğurlamaq üçün bura gəlirlər. Bunun üçün oğru bandası Don Vinçentsoya müraciət edirlər. Don Vinçentso isə hal-hazırda türmədədir. Vinçentso (Toto) onları şagirdi Duduya göndərir. Dudu bu işdə onlara kömək etməyə razı olur. Onlar əməliyyat zamanı müxtəlif macəralarla qarşılaşırlar… Sonda “Müqəddəs Yanuari” qızılları Neapolda qalır.

  • Müqəddəs Yanuarinin qızıllarını oğurlamaq planı yalnız filmdə göstərilmişdir. Həyatda isə buranın qızıllarını oğurlamaq planı heç kəsin ağlına indiyə kimi gəlməmişdir[2].
  • Filmdə Müqəddəs Yanuarinin qızılları oğurlanan zaman bütün Neapol şəhəri mahnıya qulaq asır. Bu zaman kadrda festivalda səslənən Peppino di Kaprinin “Ce vo tiempo”, İva Zanikkinin “Ma pecché”, Aurelio Fierro və Corcio Qaberin “A pizza” mahnıları eşidilir.[3]
  • 5-ci Beynəlxalq Moskva Kinofestivalı: Gümüş mükafat.[4]



Mənbə Vikipediya

Leave a Reply