Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Müharibə” medalı (Osmanlı imperiyası) — Vikipediya


Müharibə medalıOsmanlı imperiyası tərəfindən yaradılmış hərbi medaldır. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinəOsmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir.[1]

Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir.

Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.

Avstriyalıalman hərbçilər üçün bu medal öz II Dərəcəli “Dəmir Xaç”medallarından aşağı dərəcəli hesab edilirdi. Buna görə də “Müharibə medalı” II Dərəcəli “Dəmir Xaç” medalının altına taxılırdı.[2]

  1. Klietmann, Dr. Kurt-Gerhard (1971). eutsche Auszeichnungen: Ein Geschichte der Ehrenzeichen und Medaillen, Erinnerungs- und Verdienstabzeichen des Deutschen Reiches, der deutschen Staaten sowie staatlicher Dienststellen, Organisationen, Verbande usw. Vom 18. – 20. Jahrhundert. 2 Band. Deutsches Reich 1871- 1945. Berlin.
  2. The Turkish War Medal Eiserner Halbmond Harp Madalyası



Mənbə Vikipediya

Leave a Reply