Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

Mirvari (kafe) — Vikipediya


“Mirvari” kafesiAzərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən milyonlarla obyektlərdən biri hesab olunur.[1]

“Mirvari” kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş “Los Manantiales” restoranın şəklini görəndən sonra qərara gəlir.[3]

Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu.[4] Memar “Mirvari”ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi.[5] Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi.[5]1962-ci ildə kafe hazır olur.[5]

Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra “Mirvari” quruda qaldı.[3]

Sovet dövründə kafe simvolik olaraq bulvarı “dəbdəbəli” qərb hissəsinə və “bədbəxt” şərq hissəsinə bölürdü.[6]

2008-ci ildə kafedə bərpaolunma işləri görülüb.[3] Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib.[7]2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, kafedə həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.[8]

2017-ci ilin dekabrın 11-i, saat 22:00 radələrində “Mirvari” kafesinin üzərinə ağac düşüb.[9] Nəticədə restoranın dam örtüyü zədələnib.[9] Hadisə zamanı xəsarət alan olmayıb.[9]

Modernist üslubda dizayn edilmiş kafedə, kultun düz bucaqdan əyri orqanik formalara keçidi diqqət çəkir.[6] Kafe mirvarinin qabığı şəklində dəmir-betondan tikilib. Kafenin interyeri böyük dalğa üslubunda formalaşmışdır.[4]

50 qonaq üçün hazırlanan kafe, 5 sm qalınlığında hiperbolik paraboloidlərdən ibarət 8 qabıqdan ibarətdir. Bakı buxtası pavilyonun terrasından görünür. Sənətşünas Leonid Bretanitskinin sözlərinə görə, zərif və cəlbedici kafenin pavilyonu təəssürat yeri çox yaxşı seçilməyən və düşünülməmiş plan quruluşu səbəbindən itirilir. Memar Ənvər Qasımzadənin sözlərinə görə, kafe binasının arxitekturası “Sovet xalqının estetik ideallarına yaddır və sosialist realizminin ən vacib tələblərindən — doğruluqdan, tarixi konkretlikdən, ideoloji istəkdən uzaqdır”.

Azərbaycan rəssamı İsa Məmmədov “Mirvari kafe”sini öz rəsmlərdən birində təsvir etmişdir.

  1. “Sovet Bakısının “Mirvari”si: Hər şey necə başladı? – FOTO”. oxu.az. oxu.az. İstifadə tarixi: 11 mart 2020.
  2. 1 2 3 Буланова О. Жемчужина стиля // Эхо : газета. — 2015. — 15 августа.
  3. 1 2 Советское декоративное искусство 1945-1975. — М.: Искусство, 1989. — С. 237. — 392 с.
  4. 1 2 3 “MİRVARİ KAFESİ”. bulvar.gov.az. bulvar.gov.az. İstifadə tarixi: 14 mart 2020.
  5. 1 2 Дариева, Цыпылма. Стерилизуя публичное пространство? Бакинская набережная как променад истории. // Неприкосновенный запас 6 (2011): 80.
  6. Salmanlı R. Milli Park görünüşünü dəyişir (азерб.) // Azərbaycan : газета. — 2009. — 1 may. — S. 5.
  7. AzərTAc. Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkda abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur (азерб.) // Azərbaycan : газета. — 2009. — 26 iyun. — S. 2.
  8. 1 2 3 “Bakının əfsanəsinin üstünə ağac aşdı”. sputnik.az. sputnik.az. İstifadə tarixi: 11 mart 2020.




Source link

Leave a Reply