Loğman Tibb Məktəbi | |
---|---|
Əsası qoyulub | 1991 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri |
“Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbi — Azərbaycanda qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi[1]
Məktəb fəaliyyətə 1991-ci ildən başlamışdır[2]. Məktəbin direktoru Rəmziyyə Abdullayeva idi[2].
12 fevral 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən qeydiyyata alınmışdır[1]. Lakin onun fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Fəaliyyəti dövründə məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir[3].
2006-cı ildə Təhsil Nazirliyinin vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən bu məktəbə tələbə qəbulu dayandırılmışdır. 30 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qeydiyyata alınma barədə 12 fevral 1996-cı il tarixli Qərar qüvvədən düşmüş hesab edilmişdir[4]. Həmin vaxtdan “Loğman” tibb məktəbinin fəaliyyəti rəsmən dayandırılsa da, məktəbdə qanunsuz olaraq tədris prosesi bir müddət davam etdirilmişdir[2].
Tibb məktəbində təhsil müddəti 3 il olan 5 ixtisas üzrə kiçik mütəxəssis hazırlığı aparılmışdır:[1]
- Müalicə işi;
- Mamaçılıq işi;
- Əczaçılıq;
- Ortopedik stomatologiya;
- Tibb bacısı işi.
- ↑ 1 2 3 “«Loğman» Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbinin qeydiyyata alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli, 16 nömrəli Qərarı.[ölü keçid] (azərb.)
- ↑ 1 2 3 Ədalət Daşdəmirli. “Fəaliyyəti dayandırılmış “Loğman” tibb məktəbinin direktoru hökumət qərarına məhəl qoymaq istəmir…”[ölü keçid]“Azərbaycan müəllimi” qəzeti. 2008-ci il, № 15. (azərb.)
- ↑ Təhsil Nazirliyinin məlumatı[ölü keçid]“Azərbaycan müəllimi” qəzeti. 2008-ci il, № 2. (azərb.)
- ↑ “”Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbinin qeydiyyata alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 221 nömrəli Qərarı.[ölü keçid] (azərb.)