Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

Lenfilm — Vikipediya


Lenfilm (rus. Ленфильм) — keçmiş SSRİ-də, hazırda Rusiyada ən böyük kino şirkətlərindən biri. “Lenfilm” Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində yerləşir.

“Lenfilm” studiyasının yerləşdiyi ərazidə əvvəllər tacir Georgi Aleksandrovun restoranı, teatrı və akvarium bağçası olmuşdur. Bəstəkar Çaykovski özünün məşhur “Şelkunçik” əsərini bu bağçada yazmışdır. Məşhur rus bas müğənnisi Fyodor ŞalyapinLeonid Utyosov da burada mahnılarını bəsləmişlər. Leninqrad Filmlər Studiyası 1918-ci ildə bu bağçanın ərazisində qurulmuş, 1934-cü ildə isə onun adı qısaldılaraq “Lenfilm” adlandırılmışdır. II dünya müharibəsi illərində “Lenfilm” digər minlərlə kino şirkəti kimi 1942-ci ildə Almatıya köçürülmüş və bu şirkətlər Mərkəzi Birləşmiş Filmlər Studiyası adı altında birləşdirilmişdir. Müharibədən sonra 1944-cü ildə yenidən Leninqrada köçürülmüşdür.

Corc Cukor 1975-ci ildə “Mavi Quş” adlı filmini burada çəkmiş, Elizabet Teylor bu filmdə İşıqlar şahzadəsi rolunu oynamışdır. Orlando filminin bəzi hissələri də Tilda Swinton ilə burada çəkilmişdir. Vladimir Bortkonun idarə etdiyi, Miçel Plaçidonun rus polkovnik rolunu oynadığı “Əfqan çatı” filmi də bu şirkətdə lentə alınmışdır.

“Lenfilm”də SSRİ dağılana qədər bir çoxu klassik olmuş, film festivallarında mükafatlar almış 1500-ə qədər film çəkilmişdir.
SSRİ dağılandan sonra Leninqrad şəhərinin adının dəyişdirilsə də şirkət eyni adla fəaliyyət göstərməyə davam etmişdir.

  1. Çapayev (film, 1934)
  2. Baltik deputatı (film, 1937)
  3. Birinci Pyotr (film, 1937)
  4. Sualtı qayıq “T-9” (film, 1943) (Bakı kinostudiyası ilə birlikdə)
  5. Aleksandr Popov (film, 1949)
  6. Ovod (film, 1955)
  7. Qoca Xottabıç (film, 1956)
  8. Sonuncu qarış (film, 1958)
  9. Qaratoxmaq qadın (film, 1960)
  10. Amfibiya adam (film, 1961)
  11. Qara qağayı (film, 1962)
  12. Hamlet (film, 1964)
  13. Qar kraliçası (film, 1966)
  14. Kral Lir (film, 1970)
  15. Mavi quş (film, 1976)
  16. İnsanın tənha səsi (film, 1978)
  17. Etibardan salınmış (film, 1980)
  18. Şerlok Holms və doktor Vatsonun macəraları (film, 1981)
  19. Qaratoxmaq qadın (film, 1982)
  20. Kədərli hissizlik (film, 1983)
  21. Park (film, 1983) (“Azərbaycanfilm” kinostudiyası ilə birlikdə)
  22. Ampir (film, 1986)
  23. Ölü adamın məktubu (film, 1987)
  24. Əfqan çatı (film, 1991)




Mənbə Vikipediya

Leave a Reply