Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“JARA” beynəlxalq musiqi festivalı — Vikipediya


“JARA” beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı.[1][2] Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib.

2016[redaktə | əsas redaktə]

2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A’STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N’evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band’Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana ÇurikovaAndrey Malaxov olub.

2017[redaktə | əsas redaktə]

2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla PuqaçovaSofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A’STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeriy Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.

2018[redaktə | əsas redaktə]

2018-ci ildə festival Bakıda 26 iyuldan 29 iyula qədər keçirilib. Festivalda Valeriya, Valeriy Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçirilib. Festivalda Leninqrad, Leonid Aqutin və Vladimir Presnyakov solo konsertlər keçiriblər. Festivalda Emin Ağalarov, Qriqori Leps, Filipp Kirkorov, Sergey Lazarev, Ani Lorak, Timati, Maks Barskix, Yeqor Krid, Slava, MOT, A’Studio, Qlyukoza, Aleksandr Panayotov, MONATIK, Brandon Stone, Jasmin, Alekseev, Vremya i Steklo, Lolita Milyevskaya, Vera Brejneva, Timur Rodrigez, Band’Eros, Artik & Asti, Kristina Orbakayte, Nikolay Baskov, Aleksandr Marşal, Svetlana Loboda, Stas Pyexa, İrina Dubtsova, Albina Canabayeva, Denis Klyaver, Pizza, Alessandro Safina, Yulianna Karaulova, Tomas N’evergreen, Soso Pavliaşvili, Diana Arbenina, MBAND, Natalya Podolskaya, Stiven Siqal, Dan Balan, Aleksey Çumakov, Qradusı, Anastasiya Kamenskix, Feduk, L’One, Zivert, Mişa Marvin, Jah Khalib, Anjelika Varum, Natali, Mari Kraymberi, Mozgi, Djigan, Lyoşa Svik, VİA Qra, Zara, Anna Sedokova, Soqdiana, ST, Artyom Pivovarov, Yuliya Kovalçuk, İntars Busilis, Nastasya Samburskaya, Rita Dakota və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Nikolay Baskov olub.

2019[redaktə | əsas redaktə]

2019-cu ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib.[3] Festivalda Lyube qrupunun solo konserti, Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecələri keçirilib. Festivalda Emin Ağalarov, Stiven Siqal, Filipp Kirkorov, Svetlana Loboda, Olqa Buzova, Qriqori Leps, Vera Brejneva, Valeriya, Sergey Lazarev, Leonid Aqutin, A’Studio, Ani Lorak, Lolita Milyevskaya, Maks Barskix, Nikolay Baskov, Vremya i Steklo, Artik & Asti, Jiqan, Mitya Fomin, Aleksey Çumakov, Tomas N’evergreen, Kristina Orbakayte, Yuliya Kovalçuk, Albina Canabayeva, Anita Tsoy, Zara, Natalya Podolskaya, Jasmin, Vladimir Presnyakov, Aleksandr Panayotov, Dennis Klyaver, Alessandro Safina, Slava, Nyuşa Şuroçkina, MOT, Lyubov Uspenskaya, MBAND, Fabrika, Mozgi, Zivert, MONATIK, Qlyukoza, Nataşa Korolyova, Aleksandr Malinin, İrina Nelson, Klava Koka, El’man, Jony, TERNOVOY, HammAli & Navai, Rauf & Faik, RASA, CYGO, Vladimir Kuzmin, NAZİMA, Ruki Vverx, Alyona Sviridova, Aleksandr İvanov, Na-Na, Aleksandr Buynov, Bosson, Otpetıe Moşenniki, Rondo, Seryoga, və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Timur Rodrigez və Yuliya Baranovskaya olub.



Mənbə Vikipediya

Leave a Reply