Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“I” əməliyyatı və Şurikin digər macəraları (film, 1965) — Vikipediya


“I” əməliyyatı və Şurikin digər macəraları
rus. Операция “Ы” и другие приключения Шурика
"I" əməliyyatı və Şurikin digər macəraları (film, 1965).jpg
Janr Komediya
Rejissor Leonid Qayday
Ssenari müəllifi Yakov Kostyukovski
Moris Slobodskoy
Leonid Qayday
Baş rollarda Aleksandr Demyanenko
Aleksey Smirnov
Operator Konstantin Brovin
Bəstəkar Aleksandr Zasepin
İstehsalçı “Mosfilm” kinostudiyası
İlk baxış tarixi 16 avqust 1965
Rəng rəngli
Vaxt 90 dəqiqə
Ölkə SSRİ SSRİ
Dil rus dili
İl 1965
Əvvəlki film Araq çəkənlər
Sonrakı film Qafqaz əsiri və ya Şurikin yeni macəraları
IMDb ID 0059550
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

“”I” əməliyyatı və Şurikin digər macəraları” (rus. Операция “Ы” и другие приключения Шурика) — rejissor Leonid Qaydayın filmi.

Film 3 novelladan ibarətdir: “Ortaq”, “Qarabasma” və “”I” əməliyyatı”. Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar.

  • Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır.
  • Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, “Mosfilm” kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır.
  • Minlərlə komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən “qan” (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur.
  • Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.

Film üzərində işləyənlər[redaktə | əsas redaktə]

Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday
Rejissor : Leonid Qayday
Operator : Konstantin Brovin
Rəssam : Artur Berger
Bəstəkar : Aleksandr Zasepin
Dirijor : Vladimir Vasilyev

Rollarda[redaktə | əsas redaktə]

“Ortaq”[redaktə | əsas redaktə]

Aleksandr Demyanenko – Şurik
Aleksey Smirnov – Fedya
Mixail Puqovkin
Vladimir Basov – polis
Emmanuil Geller – çətirli sərnişin
Rina Zelyonaya – avtobus sərnişini
Hüseyn Axundov – 13 №-li avtobusun sərnişini
Viktor Uralski – tikintidə aşpaz
Georgi Axundov – keçəl sərnişin
Valentina Berezutskaya

“Qarabasma”[redaktə | əsas redaktə]

Aleksandr Demyanenko – Şurik
Nataliya Seleznyova – Lida
Vladimir Rautbart – professor
Viktor Pavlov
Valeri Nosik – oyunçu tələbə
Georgi Georgiu
Zoya Fyodorova – qonşu
Sergey Jirnov – Şurikin dostu
Viktor Zozulin – radiooperator

“”I” əməliyyatı”[redaktə | əsas redaktə]

Aleksandr Demyanenko – Şurik
Yuri Nikulin – Axmaq
Georgi Vitsin – Qorxaq
Yevgeni Morqunov – Çoxbilmiş
Vladimir Vladislavski
Mariya Kravçunovskaya – nənə
Vladimir Komarovski – sürücü
Tanya Qradova – Lena
Aleksey Smirnov – alıcı




Mənbə Vikipediya

Leave a Reply