Yuxuda ilan görmək
Yuxuda ilan Görmək
WhatsApp Plus 2021
WhatsApp Plus 2021

“Hərbi xidmətlərə görə” medalı — Vikipediya


Hərbi xidmətlərə görə medalıAzərbaycan Respublikasının medalı[1].

Hərbi xidmətlərə görə medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 35 mm qalxanabənzər girdə lövhədən ibarətdir. Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.

Arxa tərəfi hamar səthlidir, ortasında Hərbi xidmətlərə görə sözləri yazılmışdır, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]




Mənbə Vikipediya

Leave a Reply