Şahin Diniyev: "Məğlubiyyətə layiq oynamadıq"

[19.02.2016]
Şahin Diniyev: "Məğlubiyyətə layiq oynamadıq"

"İnter"i təbrik edirəm. Ancaq nəticə ədalətli olmadı. Komandam daha yaxş oynadı. Futbolçularıma belə oyuna görə təşəkkür edirəm. Oyun varsa, nəticə də gələcək. Amma düşünürəm ki, matç ən azı heç-heçə yekunlaşmalı idi. Komandam məğlubiyyətə layiq oynamadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 22-ci turunda "İnter"ə uduzduqları oyundan sonra "CBC Sport" kanalına açıqlamasında deyib.

Ş.Diniyev komandasının oyununda yalnız qolun çatışmadığını bildirib: "Bugünkü görüşdə yalnız qol çatışmadı. Üstünlüyümüzü qola çevirə bilmədik. Təbii ki, məğlub olmaq istəmirdik. Liderlər sırasında qalmaq baxımından "İnter"lə görüş bizim üçün önəmli idi. Əfsuslar olsun ki, bu şansdan yararlana bilmədik. Artıq bu matçı unutmalıyıq və irəli baxmalıyıq". 

Qeyd edək ki, "Kəpəz" səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzub.

<<
Xəbərlər
niki.az 2011-2018
vatsap plus yukle, whatsapp plus yukle, whatsapp plus, vacap plus, vatsap plus, whatsapp plus yukle 2020, whatsapp plus son versiya, whatsapp plus 2020 yukle, vacap plus yukle, whatsap plus, whatsapp plus en son versiya, whatsapp plus yeni versiya,vaccap plus yukle,
Onlayn: 6
Bugün qonaq: 119
Dünən qonaq: 1049 / 13001