AFFA Mətbuat Komitəsi yaratdı

[19.02.2016]
AFFA Mətbuat Komitəsi yaratdı

Bu gün Bakı Olimpiya stadionunda "AFFA - elektron idman KİV-i: dəyirmi masa" adlı ikinci tədbir keçirilib.

İdman təmayüllü saytların nümayəndələrinin iştirak etdiyi tədbirdə yeni yaradılan Mətbuat Komitəsinin üzvləri müəyyənləşib. Proses açıq səsvermə yolu ilə həyata keçirilib.

Komitəyə İxtiyar Əsgərov (Apasport.az), Mahir Rüstəmli (Futbol+), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Vüqar Zeynalov (Azerisport.az) və Rəşad Ergün (Komanda.az) seçilib. Rəşad Ergün işlərinin çoxluğu ilə əlaqədar üzvlükdən imtina edib.

Bundan sonra Vüsal Mahmudov (Futbolinfo.az) və İlqar Tağıyev (Het-Trik Nyus) arasında əlavə səsvermə keçirilib. Əlavə səsvermənin nəticəsinə əsasən, İlqar Tağıyev komitəyə üzv seçilib.

Komitə 6+1 üzvdən ibarət olacaq. Digər 1 üzv isə AFFA tərəfindən seçiləcək (komanda.az).

<<
Xəbərlər
niki.az 2011-2018
vatsap plus yukle, whatsapp plus yukle, whatsapp plus, vacap plus, vatsap plus, whatsapp plus yukle 2020, whatsapp plus son versiya, whatsapp plus 2020 yukle, vacap plus yukle, whatsap plus, whatsapp plus en son versiya, whatsapp plus yeni versiya,vaccap plus yukle,
Onlayn: 4
Bugün qonaq: 119
Dünən qonaq: 1049 / 13001