"Qəbələ"nin yeni transferi danışdı (VİDEO)

[19.02.2016]
"Qəbələ"nin yeni transferi danışdı (VİDEO)

“Qəbələ”nin yeni transferi Pavel Paşayev mövsümün sonunadək "qırmızı qaralar"ın formasını geyinəcək.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına öncəki karyerası haqda danışan millimizin üzvü tezliklə yeni komandasına fayda vermək istədiyini bildirib.

Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan 28 yaşlı müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən Pavel 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.

Xatırladaq ki, Paşayevə qədər “Qəbələ” qış fasiləsində Rəşad Eyyubovu da heyətinə qatıb.

"Qəbələ" TV-nin Pavel Paşayev haqda hazırladığı qısa videosujeti təqdim edirik:



<<
Xəbərlər
niki.az 2011-2018
vatsap plus yukle, whatsapp plus yukle, whatsapp plus, vacap plus, vatsap plus, whatsapp plus yukle 2020, whatsapp plus son versiya, whatsapp plus 2020 yukle, vacap plus yukle, whatsap plus, whatsapp plus en son versiya, whatsapp plus yeni versiya,vaccap plus yukle,
Onlayn: 4
Bugün qonaq: 119
Dünən qonaq: 1049 / 13001