"Qızıl buts"un sahibi məlum oldu

[02.08.2020]
"Qızıl buts"un sahibi məlum oldu

"Latsio"nun futbolçusu Çiro İmmobile A seriyasında bombardirlik rekordu yeniləyib və "Qızıl buts" qazanıb.

niki.az xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda "Napoli" ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da "Napoli"nin sabiq futbolçusu Qonsalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu  "Bavariya"dan Robert Levandovski (34 qol), 3-cü isə "Yuventus"dan Kriştiano Ronaldo (31 qol) olub.

<<
Xəbərlər
niki.az 2011-2018
vatsap plus yukle, whatsapp plus yukle, whatsapp plus, vacap plus, vatsap plus, whatsapp plus yukle 2020, whatsapp plus son versiya, whatsapp plus 2020 yukle, vacap plus yukle, whatsap plus, whatsapp plus en son versiya, whatsapp plus yeni versiya,vaccap plus yukle,
Onlayn: 4
Bugün qonaq: 119
Dünən qonaq: 1049 / 13001