"Bavariya" "Mançester Siti" ilə razılaşdı

[30.06.2020]
"Bavariya" "Mançester Siti" ilə razılaşdı "Bavariya" Leroy Sanenin transferi ilə bağlı "Mançester Siti" ilə razılığa gəlib.

niki.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya millisinin üzvü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanacaq. Bu transfer üçün Münhen klubunun qarşı tərəfə 50 milyon avrodan bir qədər az ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Şalke"dən "Mançester Siti"yə keçib.
<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 11
Bugün qonaq: 502
Dünən qonaq: 1035 / 13001