İngiltərə klubunun kapitanı bıçaqlandı

[30.06.2020]
İngiltərə klubunun kapitanı bıçaqlandı İngiltərənin “Derbi Kaunti” klubunun futbolçusu Andre Uizdom bıçaqlanıb.
 

niki.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Çempionşip təmsilçisinin kapitanı küçədə maşınından düşərkən bir nəfər tərəfindən bıçaqlı hücuma məruz qalıb. 
 
27 yaşlı futbolçunu bıçaqlayan şəxs daha sonra ona aid əşyaları da oğurlayıb. Uizdom dərhal xəstəxanaya aparılıb. Futbolçunun durumu yaxşıdır və bir həftəyə evə buraxılacaq.
 
Qeyd edək ki, peşəkar karyerasına “Liverpul”da başlayan Uizdom, “Vest Bromviç”, “Norviç Siti” və “Zalsburq” (Avstriya) klublarında da çıxış edib.
<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 12
Bugün qonaq: 502
Dünən qonaq: 1035 / 13001