İngiltərə Premyer Liqası aprelin 30-u bərpa olunmayacaq

[26.03.2020]
İngiltərə Premyer Liqası aprelin 30-u bərpa olunmayacaq

İngiltərə Premyer Liqası koronavirus səbəbindən 30 apreldə bərpa olunmayacaq.

niki.az "Daily Mail"ə istinadən xəbər verir ki, İngiltərə Futbol Liqası klublarına yaranan vəziyyətlə əlaqədar çempionatın aprelin sonunda davamının qeyri-mümkünlüyü bildirilib.

Mövsümün bərpası ilə bağlı yeni tarixin İngiltərə Futbol Liqasının klubların nümayəndələri ilə görüşündən sonra elan ediləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın iyunun 1-i bərpa olunacağı və 6 həftə ərzində tamamlanacağı xəbərləri yayılıb.

<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 16
Bugün qonaq: 423
Dünən qonaq: 210 / 13001