"Barselona" Qrizmannı Neymarla dəyişir?

[26.03.2020]
"Barselona" Qrizmannı Neymarla dəyişir?

"Barselona" sabiq futbolçusu  Neymarı geri qaytarmaq üçün Antuan Qrizmannı PSJ-yə təklif etmək niyyətindədir.

niki.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi  koronavirus pandemiyası səbəbindən maddi problemlə üzləşib. Buna görə də klub rəhbərliyi braziliyalı hücumçunu geri qaytarmaq üçün  180 milyon avro xərcləmək niyyətində deyil.

Bildirilir ki "Barselona" Neymarın transferi üçün Antuan Qrizmannı PSJ-yə təklif etməyi planlaşdırır. Bundan əvvəl isə La Liqa klubunun fransız futbolçunu 100 milyon avroya satmağa hazır olduğu bildirilmişdi.

Xəbərdə o da qeyd olunur ki, Neymar özü də PSJ-dən ayrılmaq fikrindədir.

Qeyd edək ki, Neymar "Barselona"dan 2017-ci ildə 222 milyon avroya PSJ-yə keçirb. Onun Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 15
Bugün qonaq: 376
Dünən qonaq: 210 / 13001