"Bavariya"nın futbolçusu millidən getdi

[17.05.2018]
"Bavariya"nın futbolçusu millidən getdi

DÇ-2018 üçün Almaniya millisinə çağırılmayan "Bavariya"nın futbolçusu Sandro Verner millidəki karyerasını başa vurub.

niki.az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçu "Bild"ə açıqlamasında deyib: "Mənim baş məşqçinin heyətinə uyğun futbolçu olmadığım ortadadır. Bunu açıq şəkildə söyləyirəm".

Qeyd edək ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv mundial üçün genişləndirilmiş heyətə S.Vaqneri daxil etməyib. Bu xəbəri eşidən S.Vaqner "Bavariya"nın məşqində ağlamışdı.

Xatırladaq ki, S.Vaqner ilk dəfə 29 yaşında çağırıldığı millidə 8 matçda 5 qol vurmuşdu.

<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 65
Bugün qonaq: 280
Dünən qonaq: 2708 / 2739

.