UEFA-dan "Atletiko"ya 26 milyon avro

[17.05.2018]
UEFA-dan "Atletiko"ya 26 milyon avro

UEFA-nın Avroliqanın qalibi "Atletiko"ya ödəyəcəyi məbləğ müəyyənləşib.

niki.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, Maddrid klubu bu mövsüm avrokuboklardan çıxışdan ümumilikdə 26 milyon avrodan çox pul alacaq .Dieqo Simeonenin komandası finalda Fransa təmsilçisi "Marsel”i məğlub etdiyi üçün 6.5 milyon avro əldə edəcək.

"Atletiko” yarımfinala çıxdığı üçün 1.6 milyon avro, 1/4 finala yüksəldiyinə görə 1 milyon avro alacaq. Komanda Avroliqada iştiraka görə ümumilikdə 10.3 milyon avro qazanacaq.

 Bundan başqa, UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etdiyi üçün Madrid təmsilçisinə 16.3 milyon avro ödəyəcək.

<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 33
Bugün qonaq: 956
Dünən qonaq: 1217 / 1318

.