FİFA-nın yeni reytinqi - millimiz neçəncidir?

[17.05.2018]
FİFA-nın yeni reytinqi - <b style="color:red">millimiz neçəncidir?</b>

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

niki.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla 126-cı yerdədir.
 
Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 364 xalla 93-cü (+1), Kosovo 164 xalla 152-cı (0), Malta isə 62 xalla 185-ci (0) yerdədir.

Qeyd edək ki, siyahıya 1544 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).

 

<<
Xəbərlər
niki.az 2011-2018
Onlayn: 29
Bugün qonaq: 956
Dünən qonaq: 1217 / 1318

.